25 C
Baku
Monday, April 29, 2024

Bu il birinci siniflərə qəbul üzrə müsahibələr əyani formada keçiriləcək

“Bu il tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı bütün müsahibələr canlı formada həyata keçiriləcək”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda deyib.

Nazirlik rəsmisi xatırladıb ki, pandemiya səbəbindən ötən il müsahibələr onlayn formada aparılıb: “Artıq bu il müshibələr canlı olacaq. Müsahibələr üçün qeydiyyat mayın 10-dan 31-dək davam edəcək”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər