10 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank” daxili komitələrini formalaşdırıb

“PAŞA Bank” ASC daxili komitələrinin formalaşdırılması prosesini başa çatdırıb.
Bankın kredit komitəsinin sədri İdarə Heyətinin rəhbəri Taleh Kazımov, komitənin üzvü isə İdarə Heyətinin üzvü, baş hüquq inzibatçısı Şirin Əliyeva təyin olunub.

Kiçik kredit komitəsinin sədri kredit menecmenti departamentinin kredit analatiki Səidə Hüseyn təyin olunub. Bankın xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyev isə komitənin üzvü seçilib.

Aktivlərin və passivlərin idarəedilməsi komitəsinin rəhbəri də İdarə Heyətinin sədri Taleh Kazımovdur. Komitənin üzvü İdarə Heyətinin üzvü, baş strategiya inzibatçısı Aydın Atakişiyev təyin olunub.

Riskləri idarəetmə komitəsinin sədri Müşahidə Şurasının üzvü Kəmalə Nuriyeva, üzvü isə İdarə Heyətinin sədri Taleh Kazımov seçilib.

Maraqlıdır ki, bankda mükafatlandırılma komitəsi ləğv olunub. Bankda kadr dəyişikliyi baş verməzdən və daxili komitələr yenidən formalaşdırılmazdan öncə mükafatlandırma komitəsinin sədri Müşahidə Şurasının sabiq rəhbəri Ağa-Əli Kamalov idi.

Xatırladaq ki, bir müddət öncə bankın Müşahidə Şurasının rəhbəri vəzifəsinə Mir Camal Paşayev gətirilib. O, 2006-cı ildən “PAŞA Holdinq”də icraçı direktor vəzifəsində çalışır, həmçinin, “PAŞA Sığorta” ASC-nin Müşahidə Şurasının sədridir.

Bankın İdarə Heyətinin sabiq sədri Fərid Axundov isə Müşahidə Şurasının üzvü təyin olunub. İdarə Heyətinin sədri vəzifəsinə isə Taleh Kazımov gətirilib.

Son xəbərlər
Digər xəbərlər