9 C
Baku
Monday, November 18, 2024

“Shell” Rusiyada yanacaqdoldurma şəbəkəsini satır

“Shell” Rusiyada yanacaqdoldurma məntəqələri biznesini satdığını açıqlayıb, Banker.az bu barədə ingilis-holland şirkətinin mənbələrinə istinadən xəbər verir.

 Qeyd olunur ki, müqavilə hələ imzalanmayıb və tərəflər danışıqlar prosesindədir. Şirkətin vurğuladığı kimi, o, yanacaqdoldurma məntəqələrini işçiləri ilə birlikdə cari maaşlarının ilin sonuna qədər ödənilməsi şərti ilə satır.

“Shell”in sözçüsü də şirkətin “müstəqil maraqlı tərəflərlə” danışıqlar apardığını təsdiq edib. O, əmin edib ki, proses “Shell”in fəaliyyət göstərdiyi ölkələrin sanksiyalarına, qanunlarına və qaydalarına tam uyğundur.

Qeyd edək ki, Rusiyada “Shell”in 370-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Onların bir qismi franşiza ilə “Shell” brendi altında fəaliyyət göstərir.

“Lukoil” da daxil olmaqla bir neçə iri oyunçu “Shell” biznesinə maraq göstərib. “Shell”in Rusiya ofisinin məlumatına görə, “Lukoil” ən gözlənilən alıcıdır. “Lukoil”un mətbuat xidməti KİV-in sorğularına cavab verməyib.

Nüans ondan ibarətdir ki, “Shell” yanacaqdoldurma biznesini öz sürtkü yağları istehsal edən zavodun borcları ilə birlikdə satmaq istəyir. “Shell Oil MMC”yə verilən kreditlər təxminən 9 milyard rubl təşkil edir.

Qeyd edək ki, digər neft şirkətləri də Rusiyadakı aktivlərdən qurtulmağa hazırlaşır. Xüsusilə, belə planlar “ExxonMobil”, “BP” ə “Equinor” şirkətləri tərəfindən açıqlanıb.

Son xəbərlər
Digər xəbərlər