Fransa 2030-cu ilədək Rusiyadan idxal etdiyi təbii qazı kənd təsərrüfatı tullantıları ilə əvəzləməyi planlaşdırır.
Məlumatı “The Independent” yayıb.
Qəzetin yazdığına əsasən, fransalı fermerlər Avropada Rusiya qazına qarşı mübarizəni dəstəkləyərək bioyanacaq istehsalı üzrə müəssisələr qururlar.
Bildirilib ki, 2021-ci ildə biometan Fransanın təbii qaza olan ehtiyacının 1, 2022-ci ildə isə 2 faizini ödəyəcək. 2030-cu ilədək də bu göstərici 20 faizə çatacaq, bu da Rusiyadan qaz idxalının həcmini üstələyir.