9 C
Baku
Thursday, December 12, 2024

“Chelsea” amerikalı investora satıldı – QİYMƏT

Rusiyalı oliqarx Roman Abramoviçə məxsus “Çelsi” futbol klubu amerikalı Todd Beylinin də daxil olduğu konsorsiuma (cəmiyyətə) 5.25 milyard dollara satılıb.

“Çelsi” üç rəsmi – TƏKLİF ALIB

Oliqarx Rusiyanın Ukraynaya hücumundan sonra sanksiyaya məruz qaldığı üçün klubu satmağa məcbur olub.

Bloomberg-in hesabatına görə, “Chelsea” keçmiş “Guggenheim Partners”in rəhbəri Todd Boehly və Clearlake Capitalun idarə etdiyi konsorsiuma 4,25 milyard funta (5,25 milyard dollar) satılıb.

Sözügedən müqaviləyə səhm transferi üçün 2.5 milyard funt-sterlinq, qazanc əldə etmək üçün isə 1.75 milyard funt-sterlinq investisiya qoyulub.

Satış prosesi Britaniya hökumətinin Abramoviçə icazə verməsindən sonra tamamlanacaq. O, artıq klub idarəçiliyini fonda verib.

Qeyd edək ki, satışa aidiyyatı orqanlardan icazə verilərsə, “Chelsea” ABŞ-ın sahibləndiyi 10-cu ingilis futbol klubu olacaq.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra Roman Abramoviç də daxil olmaqla 7 oliqarxa qarşı sanksiyalar tətbiq olunub. Belə ki, “Chelsea”yə pul köçürmələri etmək, yeni müqavilələr imzalamaq, bilet satmaq, lisenziyalı məhsullardan gəlir əldə etmək icazəsi olan klubu dondurmuşdular. Buna görə, “Çelsi” klubunun sahibi, məşhur rusiyalı milyarder R. Abramoviç martın əvvəlində klubların satışa çıxarıldığını açıqlayıb. O, eyni zamanda bütün əmlakının müsadirə olunduğunu açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər