9 C
Baku
Thursday, December 12, 2024

Şri-Lanka prezidenti baş nazirin istefasını qəbul edib

Şri-Lanka prezidenti Qotabaya Racapaksa baş nazir Mahinda Racapaksanın istefasını qəbul edib.

Bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, müvafiq bildiriş ada dövlət başçısının katibliyi tərəfindən dərc edilib.

Mahinda Racapaksa (prezidentin böyük qardaşı) özünün tviter hesabında elan etdiyi kimi, bazar ertəsi ( 9 may – Red) istefa ərizəsini təqdim edib.

“Şri Lankada emosiyalar yüksək olduğu üçün mən geniş ictimaiyyətimizi təmkinli olmağa və zorakılığın yalnız zorakılıq doğurduğunu xatırlamağa çağırıram. İçində olduğumuz iqtisadi böhranın bu administrasiyanın tapmağa çalışdığı bir həllə ehtiyacı var”, – deyə baş nazir yazıb.

Qeyd edək ki, Şri-Lankada vəziyyət gərgin olaraq qalır. Komendant saatı mayın 11-i çərşənbə səhərinə qədər uzadılıb.

Aprelin əvvəlindən Şri-Lankada yaşayış şəraitinin pisləşməsi, yanacaq, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etirazlar davam edir. COVID-19 pandemiyası səbəbindən xarici turistlərin olmaması valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb. Bu şəraitdə Şri-Lanka hakimiyyəti resurslara qənaət tətbiq etməyə və idxalı azaltmağa məcbur oldu. Nəticədə mart ayında inflyasiya 25%-ə çatıb. Xarici borclanma və iqtisadi böhranla mübarizəyə ölkənin 51 milyard dollara çatan xarici borcu əngəl törədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər