Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqının (Aİ) səfiri Karl Hartslerə təşkilata üzv olmaq üçün sorğu anketinin ikinci hissəsini təqdim edib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, anketin ikinci hissəsi 33 fəsildən ibarət olub və ölkənin sahə inkişafı ilə bağlı 2.3 min sualı əhatə edib.
Sənədin qiymətləndirilməsinin nəticələrinə əsasən, Avropa Komissiyası dövlətin Avropa İttifaqına üzv olmağa namizəd kimi tanımasına və danışıqlar prosesinə başlamasına imkan verən rəy verir.
Ölkənin Aİ-yə daxil olması ilə bağlı qərarı ittifaqa üzv olan bütün dövlətlər yekdilliklə qəbul etməlidir.