7 C
Baku
Thursday, December 12, 2024

Ötən il 1 508 halda işəgötürənlər əmək qanunvericiliyini pozub

Ötən il müxtəlif orqanlardan daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 1508 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, törədilmiş inzibati xətaya görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 2,8 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Tətbiq olunmuş cərimələrdən 1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

DƏMX tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilmiş 1,3 milyon manat məbləğində vəsaitin, onlardan 98,5 faizi əməkhaqqı, 0,9 faizi zərərə görə ödənc, 0,6 faizi sosial müavinət və kompensasiya olmaqla ödənilməsi təmin edilib. Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 34 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər