“Philip Morris”in törəmə şirkəti “Philip Morris Holland Holdings B. V.” alışqan istehsalçısı “Cricket” şirkətini 16 milyard dollara aldığını açıqlayıb. Banker.az “Vedomosti”yə istinadən xəbər verir ki, təklifə əsasən “Philip Morris” şirkətin səhmlərini hər biri 106 İsveç kronu qiymətinə alır.
Müqavilənin 23 iyun – 30 sentyabr 2022-ci il tarixləri arasında qəbul ediləcəyi gözlənilir. “Swedish Match”ın sövdələşmə üzrə maliyyə müşaviri “Goldman Sachs”, eləcə də “SEB Corporate Finance”ın fikrincə, hər səhmin 106 kron qiyməti maliyyə baxımından şirkətin səhmdarları üçün ədalətlidir.