Almaniyanın “Siemens” şirkəti Rusiya bazarından getdiyini açıqlayıb, Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Şirkət istehsal fəaliyyətini və bütün biznesini dayandırmaq üçün müvafiq prosedurlara başlayıb”, – mesajda deyilir.
Xatırladaq ki, martın əvvəlində “Siemens” Ukrayna ətrafındakı vəziyyətə və sanksiyalara görə Rusiyaya tədarükün və bütün yeni biznes layihələrinin dayandırıldığını bəyan edib.