İsmayıllının Bizlan kəndində Qədirov Əhməd Həşim oğluna məxsus ərzaq mağazasında planlı yoxlama keçirilib.
Banker.az Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, işçi heyətin məcburi tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.
AQTA-dan bildirilir ki, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.