12 C
Baku
Friday, November 28, 2025

Bədbəxtlik gətirən dostluq

Paulin İvonn Parker – azyaşlı qız rəfiqəsi Juliet Hulme (hazırda məşhur yazıçı Anne Perry) ilə birgə öz anasını qətlə yetirmişdi.

Qızlar Hulme-ın ailəsi İngiltərədən Christchurch-a köçməyə başladığı zaman dostluq etməyə başlayır. Hər iki qız ağır xəstəlikdən – Parker uşaq vaxtlarından osteomiletdən, Hulme isə vərəmdən əziyyət çəkirdi. Onlar öz dostluqları müddətində öz maraqları və ideyaları çərçivəsində şəxsi dinlərini yaratmışdılar. Onlar xristianlığı inkar edir və “Dördüncü kainat” adlandırdıqları “müqəddəsə” sitayiş edirdilər. Parkerin sözlərinə görə onlar bu dini öz dostluqları sayəsində yaratmışdılar.

Qızların Hollywood-a qaçmaq kimi ortaq planları var idi. Hulme-un valideynləri boşanmaq qərarına gəlmişdilər. Hər iki qız belə fikirdə idilər ki, onların valideynləri əlbirdirlər və onları 26496-csayırmaq, dostluqlarına son qoymaq niyyətindədirlər. Belə ki, rəfiqələrin valideynləri onların dostluğunu qeyri-sağlam dostluq adlandırırdılar. 22 iyun 1954-cü ildə Honora Parkerin cəsədi Yeni Zellandiya, Christchurch-da, daha doğrusu Viktoriya parkından tapılır. Həmin səhər Honora Parker qızı Paulin və onun yaxın rəfiqəsi Juliet Hulme ilə parka gəzməyə yollanmışdı. Parkın meşəlik ərazisində, kiçik taxta körpünün yanında qızlar Honora Parkeri kərpiclə ölənə qədər döymüşdülər. Qızlar planladıqları qətli törətdikdən sonra üstləri qanlı halda bir az əvvəl orada nahar etdikləri köşkün yanına qaçırlar. Onların qarşısına orada köşkün sahibləri olan Agnes və Kennet Riçi çıxır. Qızlar onlara Honoranın yıxıldığını və başından zərbə aldığını bildirirlər. Qadının cəsədi Kennet tərəfindən aşkar edilir. Honoranın başından əlavə, başında, üzündə və barmaqlarının ucunda ciddi zədələr var idi. Polis tezliklə yaxınlıqdakı meşədən qızların qətli törətməkdə istifadə etdikləri kərpici tapır. Qılzarın Honora Parkerin ölümü ilə bağlı versiyaları tezliklə təkzib edilir.

Paulin Parker və Juliet Hulme Christchurch şəhər məhkəməsi tərəfindən mühakimə edilir. Qızlar qətli törətməkdə təqsirkar elan edilirlər. Lakin Yeni Zellandiya qanunlarına əsasən, qızlar edam cəzası üçün kifayət qədər azyaşlı idilər. Bu səbədən də onlar 5 illik həbs cəzasına layiq görülürlər.

Son xəbərlər
Digər xəbərlər