Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl Nəhyan uzun sürən xəstəlikdən sonra vəfat edib. Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Prezident İşləri Nazirliyi BƏƏ, o cümlədən ərəb və islam xalqına dövlətin prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın vəfatını elan edir. O, bu gün, mayın 13-də dünyasını dəyişib”, – deyə mesajda bildirilir.