Bütün bir dövlətin beşdə birini asanlıqla necə məhv etmək mümkündür?! William Paterson bunu Şotlandiya ilə bacararaq onun İngiltərə ilə birləşməsinə səbəb olmuşdu. Bunun üçün “qəhrəmanımız” Şotlandiya rəhbərliyinə Panama bərzəğində müstəmləkə yaratmağı təklif edir. Bu kanal Atlantik və Sakit okeanı birləşdirdiyindən strateji əhəmiyyətli məkan hesab edilirdi. Panama bərzəğini idarə edən, ticarəti idarə edir demək idi. Təşəbbüskar fırıldaqçı məhz bu cəhəti yaxşı anlamışdı. Şotlandiya hökuməti tərəfindən ekspedisiya üçün 400 000 funt sterlinq ayrılmışdı ki, bu da ümumi ölkə büdcəsinin beşdə bir hissəsini təşkil edirdi.
Müstəmləkə 1698-ci ildə tədbirin təşəbbüskarı və ailəsi də daxil olmaqla 500 nəfərlə birgə yaradılır. Lakin məskunlaşmadan sonra insanların bir hissəsi xəstələnməyə və dünyasını dəyişməyə, bir hissəsi isə buradan qaçmağa başlayır. Bu zaman, oradakı real vəziyyətdən xəbərsiz olan hökumət 1200 nəfərdən ibarət ikinci ekspedisiyanı oraya yollayır. Buraya yeni gələn əhali burada heç kimin olmadığını və vəziyyəti dəhşət içərisində dərk edir. Bundan əlavə, İspaniya da hadisədən xəbər tutur və öz hərbi gəmilərini buraya göndərir. Bir neçə ildən sonra Şotlandiya yaranmış maliyyə boşluğunu doldurmaq üçün İngiltərə ilə birləşməli olur. Beləliklə, dünya xəritəsində Böyük Britaniya peyda olur.







