25 C
Baku
Sunday, April 28, 2024

Britaniya baş naziri qlobal NATO-nun yaradılmasını təklif edib

Britaniyanın xarici işlər naziri Liz Trass Hind-Sakit okean regionunda baş verənləri izləməyə imkan verəcək qlobal NATO-nun yaradılmasına çağırıb.

O, bunu bazar günü Almaniyanın paytaxtında keçirilən NATO Xarici İşlər Nazirlərinin toplantısına gələrkən deyib.

“Bizim diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir. Çünki Avro-Atlantik təhlükəsizliyi qoruyarkən Hind-Sakit okean regionunda təhlükəsizliyə də diqqət yetirməliyik”, – XİN rəhbəri bildirib.

O, həmçinin Finlandiya və İsveçin alyansa qoşulmasına güclü dəstəyini ifadə edib.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər