2 C
Baku
Saturday, December 14, 2024

Mikayıl Cabbarov yeni qaydanı təsdiqlədi

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərara görə, “Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası” təsdiq edilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 19 aprel tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası

  1. Ümumi müddəalar

“Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 14-2.2-ci maddəsinə uyğun olaraq nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydasını müəyyən edir.

 

  1. Nəzarət olunan xarici müəssisə haqqında arayışın təqdim edilmə qaydası və həmin arayışa əlavə edilən sənədlər

 

2.1. “Nəzarət olunan xarici müəssisə haqqında arayış”  (bundan sonra – Arayış) bu Qaydanın əlavəsində göstərilən formada rezident fiziki və hüquqi şəxslər tərəfindən Vergi Məcəlləsinin 16.1.4-3-cü maddəsində nəzərdə tutulmuş müddətdə elektron qaydada vergi orqanına təqdim edilir.

2.2. Arayış təqdim olunarkən nəzarət olunan xarici müəssisə üzrə Azərbaycan Respublikasında vergi tutulan gəlirin hesablanması üçün rezident hesab edilən fiziki və hüquqi şəxsin nəzarət olunan müəssisədəki iştirak payının faizlə göstəricisi və hesabat dövrü ərzində həmin iştirak payına sahib olduğu müddət nəzərə alınır. Bu zaman faiz göstəricisi nəzarət olunan xarici müəssisənin xalis mənfəətinə münasibətdə tətbiq edilir və nəzarət olunan xarici müəssisənin rezidentlik ölkəsinin milli qanunvericiliyinə əsasən tətbiq edilən azadolma və ya güzəşt məbləğləri xalis mənfəətə əlavə edilir.

2.3. Rezident hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanına təqdim edilən arayışa  nəzarət olunan xarici müəssisə haqqında aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. nəzarət olunan xarici müəssisənin təsis sənədləri;

 

2.3.2. hesabat dövrü üzrə nəzarət olunan xarici müəssisənin kənar auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatları;

2.3.3. hesabat dövrü üzrə nəzarət olunan xarici müəssisənin rezidenti olduğu ölkənin vergi orqanına təqdim etdiyi hesabatlar (bəyannamələr);

2.3.4. hesabat dövrü üzrə nəzarət olunan xarici müəssisənin gəlirlərinin və xərclərinin açıqlaması (əməliyyat apardığı şəxslərin adlı siyahısı, həmin şəxslər üzrə əməliyyatların həcmi);

2.3.5. hesabat dövrü üzrə nəzarət olunan xarici müəssisənin apardığı əməliyyatlara dair bank çıxarışları;

2.3.6. transfer qiymətləri ilə bağlı nəzarət olunan xarici müəssisənin gəlirlərinə və xərclərinə düzəlişlər aparıldıqda, müvafiq düzəlişləri təsdiq edən sənədlər;

2.3.7. ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərdən irəli gələn güzəşt və ya azadolmalar əldə edildikdə müvafiq təsdiqedici sənədlər.

 

  1. Nəzarət olunan xarici müəssisə haqqında arayışa əlavə edilən sənədlərə dair tələblər

 

3.1. Arayışa əlavə edilməli xarici dövlətin səlahiyyətli orqanı tərəfindən həmin ölkənin milli qanunvericiliyi və inzibatçılığına müvafiq qaydada verilmiş təsdiqedici sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları (və ya həmin ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi) tərəfindən leqallaşdırılmaqla təqdim edilir.

3.2. Bu Qaydanın 3.1-ci bəndindən asılı olmayaraq, nəzarət olunan xarici müəssisənin rezidenti olduğu ölkə “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda, təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin ölkənin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil verilir.

3.3. Bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərindən asılı olmayaraq, nəzarət olunan xarici müəssisənin rezidenti olduğu ölkə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda, həmin dövlətin səlahiyyətli orqanı, yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil verilmədən qəbul edilir.

3.4. Həm Azərbaycan Respublikasının, həm də nəzarət olunan xarici müəssisənin rezidenti olduğu ölkə iştirakçısı olduqları digər beynəlxalq sazişlərdə bu Qaydanın 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərində göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin beynəlxalq sazişlərə müvafiq qaydada həyata keçirilir.

3.5. Bu Qaydanın 2.3-cü bəndində göstərilən sənədlər xarici dildə olduğu halda onların Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir.

image002 image004 image006 image008 image010



Son xəbərlər
Digər xəbərlər