14 C
Baku
Saturday, November 23, 2024

İran parlamentinin vitse-spikeri Azərbaycana səfər edəcək

İran parlamentinin sədr müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində vitse-spikerin bu gün Naxçıvana səfəri və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşü planlaşdırılır.

Səfirlik qeyd edib ki, Ə.Nikzad iki günlük səfər çərçivəsində Bakıda İƏT Parlament Assambleyasının iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Son xəbərlər
Digər xəbərlər