Bank olmaya kredit təşkilatı “Effektİnvest” MMC-nin son ildə maliyyə nəticələri bir qədər zəifləyib.
Banker.az bu barədə BOKT-un illik maliyyə hesabatına istinadən xəbər verir.
BOKT-un audit hesabatında qeyd edilir ki, 2020-ci ildə 62 min manatlıq müştərilərdən əldə etdiyi faiz gəliri halda, 2021-ci ildə bu rəqəm 17 min manata düşüb. Öncəki ildə 48 min manatlıq digər faiz gəliri 2021-ci ildə təkrarlanmayıb. 6 min manatlıq əlavə faiz xərcləri yaranıb.
Bunun nəticəsində də, BOKT-un xalis faiz gəlirləri 110 min manatdan 11 min manata düşüb. Digər əməliyyat gəliri və xərcləri fərqindən sonra BOKT-un 3 min manat ətrafında xalis mənfəəti olub.
Hesabatda göstərilir ki, ötən il müştərilərə kredit verməni artıra bilməmiş, əksinə portfel əriyərək 314 min manatdan 292 min manata düşüb.
Bununla belə, ötən ildə 650 min manatlıq banka borcu yaranıb.