2022-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3 678 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.3% az vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitədən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29.9% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17.9% artıb. İstifadə olunmuş vəsaitin 2 077.5 mln. manatı və ya 56.5%-i məhsul istehsalı sahələrinə, 1 370.3 mln. manatı (37.2%-i) xidmət sahələrinə, 230.2 mln. manatı (6.3%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 689.6 milyon manatını və ya 73.1%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 725.4 mln. manatı və ya 74.1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Komitədən bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52.8 %, büdcə vəsaitləri 34%, əhalinin şəxsi vəsaitləri 7.4%, sair vəsaitlər 4.2%, bank kreditləri isə 1.6% təşkil edib.