12 C
Baku
Friday, November 1, 2024

Azərbaycanda ilk ödənişli magistral yolun istifadəsi ilin sonuna qədər başa çatacaq

Azərbaycanda ilk ödənişli magistral yol kimi istifadəsi nəzərdə tutulan Bakı-Rusiya sərhədi avtomobil yolunun tikintisi bu ilin sonuna qədər başa çatacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum sözçüsü bildirib ki, hazırda tikinti işləri tam qaydasında aparılır.

“Yolun uzunluğu 150 kilometrdir. Ərazidə tikinti işləri davam etdirilir. Yolun tikintisi ilə yanaşı, ərazidə turniketlər də quraşdırılır. Artıq bəzi hissələrdə turniketlər quraşdırılıb, ödəmə-keçid məntəqələri yaradılıb. İlin sonuna qədər yolun tikintisi və quraşdırma işləri tam başa çatdırıacaq və həmin yol istifadəyə veriləcək”, – A.Nəcəfli bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər