17 C
Baku
Tuesday, November 4, 2025

Azərbaycan nefti ölkələrə hansı qiymətlərlə satır? – Qiymət 67-120$/barrel arasında dəyişir

2022-ci ilin aprelində Azərbaycandan xaricə ümumilikdə 26.74 mln. barrel xam nefti 2 mlrd. 864.6 mln. dollara satıb.

Bunu deməyə Banker.az-ın gömrükdəki rəsmi rəqəmləri ilə apardığı hesablamalar əsas verir.

Məlumat kimi bunu qeyd edək ki, Azərbaycan xaricə spot müqavilələrlə nefti satır.

Azərbaycan 2022-ci ilin aprel ayı ərzində ixrac etdiyi neftin hər barelinin orta dəyəri 107 dollardan baha olub.

Ölkələrə gəlincə isə, ən baha qiymətə Afrikanın şimalında olan Tunisədir. Azərbaycan Tunisə neftin hər bir barelini orta statistik olaraq $120.8-ə satıb. İkinci ən baha isə B.Britaniyayadır. Bura da orta hesabla hər barreli Azərbaycana $116.4 valyuta gətirib.

Ölkə loyal sayılan, yəni illərdir Azərbaycan neftini alan Türkiyə, İsrail, Portuqaliya və ən böyük alıcı olan İtaliyaya orta qiymətdən aşağı qiymətlə ixrac edib.

Azərbaycan neftinin dünya bazarlarına paylanması üçün mühüm coğrafi məkan olan Türkiyə neftin hər barelini ortalama $67.4-ə alıb.

23123

Son xəbərlər
Digər xəbərlər