Cari ilin ilk 4 ayında Azərbaycan xaricdən 28.7 min ton qarğıdalı alıb. Bu alışa $10 mln. 6 min vəsait sərf olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabatda bildirilir.
Qeyd edək ki, hesabat dövründə idxal olunan qarğıdalı ötən ilin ilk 4 ayı ilə müqayisədə artıb. Banker.az-ın apardığı hesablamalara görə, Azərbaycanın qarğıdalı idxalı illik müqayisədə miqdar ifadəsində 48.7%, dəyər ifadəsində isə 26.7% çoxdur.