10 C
Baku
Wednesday, December 11, 2024

Bu gün İlham Əliyev Paşinyanla görüşəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Üçtərəfli görüş Brüsseldə baş tutacaq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, liderlər görüşdə sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif edilən məqamları müzakirə edəcəklər.

Qriqoryan, həmçinin vurğulayıb ki, Brüssel görüşünün gündəliyində münasibətlərin tənzimlənməsi, sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycan tərəfinin təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması kimi məsələlər yer alacaq.

Ermənistan təmsilçisi onu da diqqətə çatdırıb ki, Brüsseldə heç bir sənəd imzalanmayacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu dəfə üçtərəfli formatda danışıqlar aprelin 6-da baş tutub.

 

 

Son xəbərlər
Digər xəbərlər