6 C
Baku
Friday, November 8, 2024

İnvestisiya şirkətinə yeni rəhbər təyin edildi

“Plato Capital And Co. İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti nin rəhbəri dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Tamerlan Bayramlı Tofiq oğlu investisiya şirkətinin direktoru təyin edilib.

O bu vəzifədə Mansur Məmmədov Kamaləddin oğlunu əvəz edib.

T.Bayramlı 2019-2020-ci illərdə “Plato Capital and Co. İ.Ş”də çalışsa da sonradan “MFX-Trading İnvestisiya Şirkəti” ASC-yə Xarici bazarlarda investisiya şöbəsinin rəhbəri kimi getmişdi. 2021-ci ilin aprelindən isə yenidən “Plato Capital&Co”ya Direktor müavini və risk və əməliyyatlar departamentinin rəhbəri kimi dönmüşdü.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə “Texnika Kapital Menecment” adı ilə yaradılıb, 2015-ci ildə adını “Kapital Menecment”ə, 2018-ci ildə isə “Plato Menecment”ə dəyişib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər