NATO-nun Moldovaya silah tədarük etmək niyyəti Moskvada suallar doğurur.
Banker.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Bizi Böyük Britaniyanın bəyanatı yox, Kişinyovun mümkün reaksiyası təəccübləndirdi. Biz bunu izləyəcəyik. Çünki Moldova konstitusiyasında onun bitərəf bloklara qoşulmamaq statusu aydın şəkildə yazılıb. NATO üzvü olan dövlətin ora silah-sursat tədarükü əlbəttə ki, suallar doğurur”, – deyə rusiyalı diplomat vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Telegraph-a müsahibəsində bildirib ki, Böyük Britaniya və digər NATO ölkələri Moldovaya silah tədarükünün mümkünlüyünü müzakirə edirlər. Onun sözlərinə görə, bu tədbir ölkəni Rusiyadan gələn “işğal təhlükəsi”ndən qorumaq məqsədi daşıyır.