Xəbər verdiyimiz kimi Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Bəs yeni nazir müavini təyin edilmiş Samir Məmmədov kimdir.
• 1974-cü il – İyunun 15-də Bakı şəhərində anadan olmuşdur.
• 1993-1998-cü il – Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almışdır.
• 2004-2006-cü il Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır.
• 2010-2016-cü il Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi almışdır.
• 1993-1998-cü il ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır.
• 1998-cü il “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləmişdir.
• 1998-1999-cu il “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışmışdır.
• 1999-2006-cı il ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləmişdir.
• 2006-cı il Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunmuşdur.
• 2008-2017-cı il Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
• 2017-2019-cı il Bakı Mühəndislik Universitetində işləmişdir.
• 2019-cı il “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışmışdır.
• 2021-ci il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdur.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.