10 C
Baku
Wednesday, December 11, 2024

Öz sosial şəbəkəsi olan milyarderlər bir gündə $10 mlrd. itiriblər

Amerikanın “Forbes” jurnalına görə, qlobal sosial şəbəkələrə sahib olan milyarderlər bir gündə 10 milyard dollar itiriblər. Bu məbləğin 5.2 milyard dolları “Meta”nın rəhbəri Mark Çukerberqin payına düşür. İndi onun sərvəti 65.1 milyard dollar olaraq qiymətləndirilir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Milyarderlərin sərvətinin azalmasına səbəb çərşənbə axşamı, mayın 24-ü İT şirkətlərinin səhmlərinin ucuzlaşması olub. Məsələn, “Meta”nın səhmləri 7.6% ucuzlaşıb.

Ən çox “Snap” səhmləri düşüb – 43%. Bu şirkətin qiymətli kağızlarının dəyərinin düşməsi investorlar üçün gözlənilən olub.

“Twitter”in qurucusu Cek Dorsi 405 milyon dollar itirib. İndi onun sərvəti 4.9 milyard dollar olaraq qiymətləndirilir. Azalma İlon Maskla əməkdaşlıqda yaranan çətinliklərlə əlaqəli olub.

Pandemiya zamanı texnologiya şirkətlərinin səhmləri aktiv şəkildə bahalaşır: istifadəçilər evdə çox vaxt keçirir və onlayn xidmətlərdən istifadə edirdilər. İndi tendensiya əksinədir, çoxları ofisə qayıdır.

Son xəbərlər
Digər xəbərlər