2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Estoniya parlamentinin sədri Yuri Ratasla görüşüb.

Banker.az xəbər verir ki, nazir müavini qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. O, vurğulanıb ki, Estoniya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verilir. Azərbaycanda iqtisadi sferanın müxtəlif sahələri üzrə 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir.

Sahib Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Estoniyanın iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Y.Ratas ölkəsinin Azərbaycanla tərəfdaşlığın genişlənməsində, Estoniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı istiqamətləri və birgə təşəbbüslərin reallaşdırılması imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Bundan sonra, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə kənd təsərrüfatı, dəmir yolları, logistika, rəqəmsal həllər, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən estoniyalı iş adamları və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüş keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Son xəbərlər
Digər xəbərlər