Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək.
Banker.az xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
O deyib ki, Qarabağda zəruri infrastrukturun tikintisi üzrə işlər plan üzrə davam edir: “IT infrastrukturunun böyük hissəsi artıq qurulub”.