13 C
Baku
Monday, May 6, 2024

Bakının rayonlarında və bu şəhərlərdə su kəsiləcək

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Bu barədə “Azərsu” məlumat yayıb.

Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər