2022-ci ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62.1%-ini tikinti, yenidənqurma və genişləndirmə, 8.1%-ini əsaslı təmir, 6.2%-ini cari təmir, 23.6%-ini isə sair tikinti işləri təşkil edib.
Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ümumi inşaat işlərinin 91.3%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.