Rusiya Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü davam etdirir
Bu barədə “Reuters” agentliyi yazıb.
Rusiyanın qaz inhisarçısı “Qazprom”dan bildirilib ki, şirkətin Ukrayna üzərindən Sudja giriş məntəqəsi vasitəsilə Avropaya qaz tədarükü şənbə günü 43,96 milyon kubmetr olduğu halda, artıq bu həcm 44,1 milyon kubmetr təşkil edir.
Qeyd olunub ki, qazın Soxranivka vasitəsilə tədarükü ilə bağlı müraciət Ukrayna tərəfindən rədd edilib.