20 C
Baku
Sunday, May 26, 2024

MN: Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Banker.az-a Müdafiə Nazirliyindən məlumat daxil olub.

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”- deyə, MN bildirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər