8 C
Baku
Friday, December 13, 2024

“Rabitəbank” audit olunmuş hesabatını açıqladı – 21 milyon manatdan çox xalis mənfəət

“Rabitəbank” ASC 2021-ci il üçün audit hesabatını açıqlayıb. Bankın audit hesabatı auditor şirkəti “Baker Tilly Azerbaijan” tərəfindən hazırlanıb.

Banker.az  audit şirkətinin verdiyi hesabata istinadən xəbər verir ki, “Rabitəbank” 2021-ci ili 21 milyon 421 min manat xalis mənfəət ilə başa vurub.

GƏLİRLƏRİ ARTIB

Ötən il “Rabitəbank”ın faiz gəlirləri 18.3% artaraq 53 milyon 619 min manat, haqq və komissiya gəliri 1.8 dəfə artaraq 23 milyon 457 min manat təşkil edib. Bankın faiz xərcləri 13 milyon 824 min manat, haqq və komissiya xərci 20 milyon 96 min manat təşkil edib.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB

2021-ci ildə “Rabitəbank”ın cəmi aktivləri 1 milyard 8 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 25% artımdır. Bunun 445 milyon 239 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 13.5% böyüyüb.

KAPİTALI ARTIB

Ötən il “Rabitəbank”ın öhdəlikləri 24% artaraq 908 milyon 229 min manat, cəmi kapitalı isə 26.5% artaraq 99 milyon 340 min manat olub.

Son xəbərlər
Digər xəbərlər