2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Səyahət və Turizmin İnkişafı İndeksində 63-cü yerdə qərarlaşıb

Azərbaycan Dünya İqtisadi Forumunun 2021-ci il üzrə Səyahət və Turizmin İnkişafı İndeksində 117 ölkə arasında 63-cü yerdə qərarlaşıb.

Banker.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu məlumat yayıb.

Məlumata görə, bu, 2019-cu il indeksi ilə müqayisədə 8 pillə irəliləyiş deməkdir.

Region ölkələrindən Gürcüstan 44-cü, Türkiyə 45-ci, Qazaxıstan isə 66-cı yerdə qərarlaşıb.

“Ukrayna ilə müharibəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar, səyahət məhdudiyyətləri turizm sektoruna təzyiq yaradıb, səyahətə sərf olunan müddəti və xərcləri artırıb. Bununla belə, Rusiya vətəndaşları Azərbaycan, Gürcüstan, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Tailanda qədər müxtəlif destinasiyalarda əsas ziyarətçilərdir”, – deyə məlumatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər