10 C
Baku
Wednesday, December 11, 2024

Mayda korporativ istiqrazlar üzrə kupon ödənişlərinin məbləği açıqlanıb

Milli Depozit Mərkəzi tərəfindən cari ilin may ayında korporativ istiqrazlar üzrə həyata keçirilən kupon ödənişlərinin məbləği açıqlanıb.

Mərkəzdən verilən məlumata görə, mayda istiqrazlar üzrə 851 investora 71,7 mln. manat və 1,4 mln ABŞ dolları həcmində kupon ödənişləri həyata keçirilib.

Aprel ayı ilə müqayisədə mayda yerli valyutada edilən ödənişin həcmi 1,8% artıb, dollarla edilən ödənişlər isə 85,8% azalıb.

Ödənişlər Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), BOKT Embafinance QSC, BOKT International QSC, “Silk Vey Vest Aviaşirkəti”, “Ferrum Kapital” MMC, “Optimal Elektronika” istiqrazları üzrə həyata keçirilib.

 

Son xəbərlər
Digər xəbərlər