“BMW” şirkəti “X1” avtomobil modelinin yeni nəsli əsasında yaratdığı “iX1” elektrikli krossoverini nümayiş etdirib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“BMW X1” əvvəlki modelin formasını və ölçülərini saxlayır, lakin 53 mm daha uzun (4500 mm) və 24 mm daha genişdir (1845 mm). Yəni ölçü baxımından “X1 demək olar ki, 2003-cü il modelinin birinci nəslinin “BMW X3″ü kimidir.
Avtomobilin iki versiyası mövcuddur: 245 at gücündə (136 at gücü benzin və 109 at gücü elektrikli) “BMW X1 xDrive25e” və 326 at gücündə “BMW X1 xDrive30e” (150+177 at gücü).
Bildirilir ki, “BMW iX1”in satışı 2023-cü ildə başlayacaq. “BMW iX1” ilk olaraq Almaniyanın Reqensburq şəhərindəki zavodda yığılacaq, 2024-cü ildən isə model Macarıstanın Brecen şəhəri yaxınlığında tikiləcək yeni “iFactory” müəssisəsinə veriləcək.