2 C
Baku
Saturday, December 14, 2024

Bakıda daha bir neçə küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1”lə bağlı sürücülərə müraciət edib.

Banker.az xəbər verir ki, İdarənin şöbə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, “Formula 1” Azərbaycan Qran Prisinə hazırlıq işlərinin davam etməsi ilə bağlı İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrindən yol avtomobillərin hərəkəti üçün tədbir başa çatanədək məhdudlaşdırılır.

Qeyd olunub ki, bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Ona görə də sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur: “Sürücülərdən və mərkəzə doğru hərəkət edən bütün adekvat vətəndaşlarımızdan yollardakı real vəziyyəti qiymətləndirməyi, şəxsi avtomobillərdən istifadəni maksimum məhdudlaşdırmağı və ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər