“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin 2022-ci ilin ilk 5 ayı üzrə göstəricilərə əsasən dövriyyəsi kəskin azalmaqla öncəki ildəki mövqeyindən xeyli aşağı düşüb.
Bu barədə Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir.
Yanvar-may ayları ərzində “BTB Kapital”ın 395.73 milyon manat olub. Bu da öncəki ilin eyni dövründən 64% aşağıdır.
Azalma daha kəskin şəkildə onun repo əməliyyatlarında müşahidə edilib. Bu əməliyyatların həcmi illik müqayisədə 344.02 mln. manat, yaxud 87% azalaraq 395.11 milyon manat olub.
Bununla belə, “BTB bütün istiqamətlərdə zəifləyib.
Məsələn, dövlət istiqrazlarına isə öncəki il kimi anderraytinq edə bilmir. Dövriyyənin həcmi 84% azalaraq 53.71 mln. manata enib. Mərkəzi Bankın notları üzrə onun dövriyyəsi 11% azalaraq 258.27 mln. manata düşüb.
Beləliklə, o öncəki ilin ilk 5 vayında ilk üçlikdə dövriyyəsinə görə yer aldığı halda, cari ildə 6-cı yerə enib. Ondan sonra yaranan iki investisiya şirkəti “ABB-İnvest İ.Ş” QSC və “CPM-İnvest İ.Ş.” QSC ilk üçlüyə çıxıblar.
mln. manat | |||
Qiymətli kağızın növünə görə | 2021-ci ilin ilk 5 ayı | 2022-ci ilin ilk 5 ayı | İllik dəyişmə |
ARMB qiymətli kağızları | 289.61 | 258.27 | -11% |
Dövlət istiqrazları (Maliyyə Nazirliyi) | 328.04 | 53.71 | -84% |
Korporativ istiqrazlar | 92.86 | 32.67 | -65% |
Səhm | 0.08 | – | |
Repo | 395.11 | 51.08 | -87% |
Cəmi | 1,105.70 | 395.73 | -64% |