1 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Kapital” korporativ istiqrazlar bazarının 41%-nin əməliyyatlarını aparır – SİYAHI

Azərbaycanda 2022-ci ilin yanvar-may ayları üzrə ən böyük korporativ istiqrazlara malik olan investisiya şirkətləri məlum olub.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hesabat dövründə bu qiymətli kağızlar üzrə 837.12 mln. manatlıq dövriyyə olub.

Bazarın 41%-nin anderraytinqini “PAŞA Kapital” QSC aparıb. O 2022-ci ilin ilk 5 ayında 344.28 mln. manatlıq əməliyyat aparmış, bu da öncəki illə müqayisədə 3 dəfə böyük olması deməkdir.

İkinci sırada “ABB-İnvest İ.Ş.”QSC-dir. O geridə qoyduğumuz 5 ay ərzində bu kağızlar üzrə 192.61 mln. manatlıq əməliyyat edib.

Üçüncü sırada “Unicapital İ.Ş.” ASC-dir.

Korporativ istiqrazlar üzrə investsiya şirkətlərinin bazar payı
İnvestisiya şirkəti Əməliyyat həcmi, manat Bazar payı
“PAŞA Kapital İ.Ş.” QSC 344,278,407 41.1%
“ABB İnvest İ.Ş.” QSC 192,605,170 23.0%
“Unicapital İ.Ş.” ASC 148,066,335 17.7%
“AzFinance İ.Ş.” QSC 71,975,375 8.6%
“BTB Kapital İ.Ş.” ASC 32,670,939 3.9%
“İnvest-Az İ.Ş.” QSC 21,829,139 2.6%
“PSG Kapital İ.Ş.” QSC 16,613,769 2.0%
CPM-İnvest İ.Ş. QSC 5,591,030 0.7%
“Xalq Kapital İ.Ş.” QSC 3,484,755 0.4%
“MFX Trading İ.Ş.” ASC 0 0%
CƏMİ 837,114,919 100%

 

Son xəbərlər
Digər xəbərlər