6 C
Baku
Sunday, December 15, 2024

Elnur Soltanov: “Azərbaycan Qarabağda yaşayan erməniləri enerji ilə təmin etmək iqtidarındadır”

Azərbaycan Qarabağda yaşayan erməniləri enerji ilə təmin etmək iqtidarındadır.

Banker.az xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.

“Qərar verilsə, biz bunu bir neçə saat içərisində edə bilərik”, – o deyib.

Nazir müavininin sözlərinə görə, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim qazımızdan istifadə edə biləcəklər. Bu onlara indikindən daha ucuz başa gələcək.

Elnur Soltanov onu da əlavə edib ki, əsas məqsəd Qarabağı və azad olunmuş əraziləri “yaşıl zona”ya çevirməkdir. Bu da o deməkdir ki, burada istehsal edilən bütün elektrik enerjisi alternativ enerji mənbələrindən əldə olunacaq: “Əsas məqsəd azad olunmuş əraziləri “yaşıl zona”ya çevirməkdir. Bu da o deməkdir ki, burada istehsal edilən bütün elektrik enerjisi alternativ enerji mənbələrindən əldə olunacaq. Bu ərazilərdə qazdan istifadə olunması nəzərdə tutulub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər