7 C
Baku
Thursday, December 12, 2024

“Masdar” şirkəti Azərbaycanda alternativ enerji üzrə fəaliyyətini genişləndirəcək

BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda alternativ enerji layihələri sahəsində öz fəaliyyətini genişləndirmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə Baki Enerji Forumunda çıxış edən “Masdar” İnkişaf və investisiya departamentinin rəhbəri ( Mərkəzi Asiya və Rusiya) Abdulla Zeyed bildirib.

Onun sözlərinə görə, baxmayaraq ki, şirkət artıq Azərbaycanda təmsil olunur, amma onun ölkədə fəaliyyətini genişləndirmək istəyi var. Azərbaycanda bərpa olunan enerji üzrə böyük potensial var və bunu inkişaf etdirmək lazımdır.

Abdulla Zeyedin qeyd edib ki, növbəti ilin sonuna qədər “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi layihəsi tamamlanacaq və istifadəyə veriləcək.

Ümumi dəyəri 240 mln. dollar göstərilən “Qaradağ” GES-də istehsal ediləcək enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısı alınacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər