5 C
Baku
Friday, November 8, 2024

Yaponiyada neftin qiyməti 14 illik maksimuma çatıb

Cümə günü Yaponiyada neftin qiyməti “OPEC+”un iyul və avqust aylarında neft hasilatını artırmaq qərarı fonunda 2008-ci ilin avqustundan bəri maksimuma çatıb. Bunu Tokio Əmtəə Birjasındakı ticarət məlumatları sübut edir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Beləliklə, Dubay xam neftinin bir kilolitrinin (6,289 barel) qiyməti 83,1 min yenini (640 dollar) keçib ki, bu da ötən günlə müqayisədə təxminən 20 dollar çoxdur.

“Kiodo” agentliyinin məlumatına görə, buna səbəb bir sıra analitiklərin “OPEC+”un yeni qərarına şübhə ilə yanaşması və onu qlobal enerji bazarında vəziyyətin real sabitləşməsi baxımından effektiv hesab etməməsidir.

Cümə axşamı günü OPEC+ ölkələri iyul və avqust ayları üçün gündəlik 432 min barel neft hasilatı kvotasını bərabər şəkildə bölüşdürmək qərarına gəliblər. Beləliklə, iyul və avqust aylarında hasilatın həcmi sutkada 648 min barel olacaq.

Son xəbərlər
Digər xəbərlər