13 C
Baku
Friday, November 22, 2024

Türkiyədə inflyasiya 74%-ə çatdı

Türkiyədə istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarında orta ölçüdə 73.50% təşkil edib.

Bu barədə Banker.az Türkiyə Statistika İnstitutu (TÜİK) istinadən xəbər verir.

Bu da 1998-ci ilin yanvar-noyabr ayları üzrə göstəricidən bu tərəfə maksimal rəqəmdir.İnflyasiya 2022-ci ilin aprel ayında 69.97% təşkil edirdi. Birjalar isə may ayı üçün 76.55% proqnoz edirdi.

Aylıq inflyasiya isə aprel ayında 7.25% olduğu halda mayda 2.98%-ə düşüb. Birjalar isə mayda 4.80% olacağını düşünürdü.

Qiymət artımları ən çox nəqliyyat, qida və içki və məişət avadanlıqlarındadır.

download

Bu xəbər ardından USDTRY cütlüyünün məzənnəsi 0.15% artaraq 16.50 səviyyəsinə çatıb. Ölkənin mərkəzi bankı yüksək inflyasiyaya rəğmən faizləri 14%-də sabit saxlayır. Bu da milli valyuta – lirə üçün əlavə satış təzyiqi yaratmaqdadır. Çünki, investorlar bu faizi də lirə üçün gəlirli investisiya aləti kimi görmür.

 

Son xəbərlər
Digər xəbərlər