13 C
Baku
Saturday, November 23, 2024

Avropa Komissiyası ukraynalılar üçün sürücülük vəsiqələrinin tanınması qaydalarını yumşalda bilər

Avropa Komissiyası (AK) Ukraynada verilmiş sürücülük vəsiqəsinin bütün İttifaqda tanınması ilə bağlı qaydaları hazırlamağı planlaşdırır.

Avropa Komissiyası Ukrayna ilə digər məsələlərlə yanaşı yol hərəkəti haqqında saziş bağlamağı planlaşdırır, bu saziş sürücülük vəsiqələrinin və yükdaşımaları üçün ixtisas sertifikatlarının müvəqqəti tanınmasını nəzərdə tutur.

Qeyd edək ki, Almaniyada qəbul edilmiş qaydalara görə, Aİ hüdudlarından kənarda alınan sürücülük vəsiqəsi altı ay müddətində etibarlıdır, daha sonra sürücülük məktəbinə yazılmalı, yenidən imtahan verməli və yerli sertifikat alınmalıdır. Ancaq yeni sürücülük imtahanı ukraynalı qaçqınlar üçün baha başa gələ bilər, həmçinin vaxt aparacaq və dil bilmə ilə bağlı problemlər yaşana bilər. Bir çox iş yerləri üçün isə sürücülük vəsiqəsi tələb olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər