Prezident Volodimir Zelenski bəyan edir ki, Ukrayna qışı keçirmək üçün qaz və kömür ixracını müvəqqəti olaraq dayandıracaq, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Çərşənbə axşamı Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Ukraynanın dövlət mədənlərində kömür hasilatı fevralın sonunda bəri təxminən üçdə bir azalıb. O, Ukrayna tarixindəki ən çətin istilik mövsümünə hazırlaşmağı tövsiyə edib.
Şmıqalın qeyd etdiyi kimi, Ukrayna son istilik mövsümünü 9 milyard kubmetr qazla başa vurub. Onun sözlərinə görə, iyunun 1-nə olan məlumata əsasən ölkənin yeraltı anbarlarında 10 milyard kubmetr qaz olub.