Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbini açıqlayıb.
Türkiyə XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbi bu ölkələrin terror problemi ilə bağlı mövqeyidir.
“Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymasının yeganə səbəbi terror problemi ilə bağlı mövqeyidir, başqa səbəb yoxdur”, – o vurğulayıb.