7 C
Baku
Thursday, December 12, 2024

İran BAEA-nın iki müşahidə kamerasını nüvə obyektindən yığışdırıb

İran bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin iki müşahidə kamerasını nüvə obyektlərindən birindən çıxarıb, dövlət televiziyası bildirib ki, bu, BMT-nin nüvə nəzarəti orqanı ilə gərginliyi artıra bilər. Bu barədə Banker.az Reuters-in Dubaydakı korrespondentinə istinadən xəbər verir.

“İndiyə qədər BAEA İranın geniş əməkdaşlığına görə nəinki nankorluq edib, həm də bunu öz vəzifəsi hesab edib. Bu gündən etibarən müvafiq orqanlar Onlayn Zənginləşdirmə Monitorunun müşahidə kameralarının bağlanması barədə göstəriş verib”, – dövlət televiziyası bildirib.

“İran BAEA-nın əsassız davranış nümayiş etdirdiyi halda əməkdaşlıq edə bilməz. Ümid edirik ki, agentlik ağlına gəlib İranla əməkdaşlıqla cavab verəcək”- deyə, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvəndi dövlət televiziyasına deyib.

Vyanada yerləşən BAEA şərh verməkdən imtina edib.

Qeyd edək ki, BAEA (ing. IAEA) — BMT-nin ixtisaslaşdırılmış agentliyi. Agentlik, nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla,onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır.

Son xəbərlər
Digər xəbərlər