7 C
Baku
Thursday, December 12, 2024

“Lab Test” şirkəti yenidən “AzerGold”un tenderinin qalibi oldu

“AzerGold” QSC Daşkəsən rayonu Çovdar Filiz Emalı sahəsinin Adsorbsiya Desorbsiya Emalı zavodunda mövcud olan avadanlıqların ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Banker.az xəbər verir ki, tenderin qalibi “Lab Test” QSC-dir.

“AzerGold” buna görə şirkətə 625 624 manat ödəyəcək.

Qeyd edək ki, “Lab Test” Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev.52 m.115.-dir. Bu şirkətin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Sadıxov Anar Ramiz oğludur.

Xatırladaq ki, bundan əvvəl “AzerGold” “Lab Test”dən dəyəri 442 288 manat olan müxtəlif növ mal-materialların satın almışdır.

Son xəbərlər
Digər xəbərlər