Tailand marixuananı narkotiklər siyahısından çıxarıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu o deməkdir ki, bu ölkədə marixuananın istehsalı, idxalı, ixracı, paylanması, istehlakı və saxlanması rəsmi şəkildə qanuniləşdiriləcək.
Buna baxmayaraq, Tailand bu məsələ ilə bağlı bəzi məhdudiyyətlər qoyub:
– marixuana yetişdirmək üçün bu barədə yerli hakimiyyət orqanlarına məlumat vermək lazım olacaq,
– 20 yaşdan kiçik şəxslərə və hamilə qadınlara marixuana satışı qadağan ediləcək,
– tərkibində 0,2%-dən çox tetrahidrokannabinol (THC) olan sirr yağı ekstraktları narkotik maddələr kimi təsnif ediləcək və müvafiq qanunla tənzimlənəcək.
Tailandın Səhiyyə Nazirliyi kannabizdən sui-istifadə nəticəsində psixi problemləri ola biləcək şəxslərin monitorinqi üçün sistem quracaq.